Saturday, February 23, 2013

Maliyyə riskləri və onların idarəolunması


 Risk – nəzərdə tutulan gəlirin, mənfəətin daxil olmaması, zərərin, ziyanın baş verməsi ehtimalıdır. Sahibkarlıq

fəaliyyətində zərəri maddi, maliyyə və əmək zərərlərinə bölmək olar.

Maliyyə meneceri üçün risk – arzu edilməyən sondur. Müxtəlif investisiya layihələrinin

müxtəlif riskləri vardır, ən gəlirli kapital qoyuluşu belə həddindən artıq riskli ola bilər.

Risk – bir iqtisadi kateqoriyadır. İqtisadi kateqoriya kimi o özündə baş verə biləcək və

ya baş verməyəcək hadisələri birləşdirir. Belə hadisələrin baş verməsin nəricəsində üç iqtisadi

nəticə ola bilər: mənfi (uduzmaq, zərər); sıfır; müsbət (udmaq, gəlir).

Əlbəttə riskdən qaçmaq olar, yəni sadəcə olaraq risklə bağlı olan tədbirlərdən yayınmaq.

Sahibkar üçün riskdən qaçmaq adətən gəlir əldə etmək imkanından imtina etməkdər. Məsələ

görə: ”Risk etməyən şampan içməz!”.

Riski idarə etmək olar, yəni müəyyən səviyyədə risk hadisəsinin baş verməsini

proqnozlaşdırmaq üçün müxtəlif metodlardan istifadə etmək və riskin səviyyəsinin aşağı

salınması üçün tədbirlər görməklə. Təşkilatın risklə effektiv mübarizəsi adətən riskin təsnifatı

ilə müəyyən olunur.

Riskin təsnifatında müəyyən olunmuş məqsədə çatmaq üçün onun ayrı-ayrı qruplara

ayrı-ayrı əlamətlərə görə bölünməsini başa düşmək lazımdır. Riskin təsnifatının elmi

əsaslandırılması ümumi sistemdə hər bir riskin yerini dəqiq müəyyən etməyə imkan verir. O,

riskin idarə olunmasında lazım olan metod və üsullardan effektiv istifadə etməyə imkan verir.

Hər bir riskin özünün uyğun olaraq idarə olunması üsulu vardır.

Risklərin təsnifatlaşdırılmış sistemi özündə kateqoriya, qrup, növ, yarımnöv və növ

müxtəlifliyini birləşdirir.

Nəticəsindən asılı olaraq riskləri iki böyük qrupa bölmək olar:

1. Xalis

2. Spekulyativ

Xalis risklər mənfi və ya heç nəticə əldə etməmək deməkdir. Belə risklərə aiddir: təbii,

ekoloji, siyasi, nəqliyyat və kommersiya risklərini bir hissəsi (əmlak, istehsal, ticarət).

Spekulyativ risklər isə həm müsbət, həm də mənfi nəticə əldə etmək olar. Belə risklərə

kommersiya risklərini bir hissəsi olan maliyyə riskləri aiddir.

Əsas baş vermə səbəbindən asılı olaraq risklər aşağıdakı kateqoriyalara ayrılır:

xalis təbii (zəlzələlər, daşqın, su basma, tufan, yanğın, epidemiya və s.), ekoloji (təbii mühitin

çirklənməsi), siyasi (təsərrüfatçılıqdan asılı olmayan, dövlətin fəaliyyəti və ölkədə baş verən

siyasi situasiyalardan irəli gələn müharibələr, hərbi münaqişələr, inqilablar, müsadirələr,

milliləşdirmə, embarqonnu qoyulması və s.), nəqliyyat (yüklərin avtomobil, çay, dəniz, dəmir

yolu, hava, boru vasitəsilə daşınması və s.) və kommersiya riskləri.

Bazar iqtisadiyyatına keçid dövründə kommersiya risklərinin təhlili və məqsədyönlü

idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kommersiya riskləri özünü maliyyə-təsərrüfat

fəaliyyətində göstərir. Belə risklər kommersiya sazişinin nəticəsinin qeyri-müəyyənliyi ilə

fərqlənir.Kommersiya riskləri struktur əlamətinə görə əmlak, istehsal, ticarət və maliyyə

risklərinə bölünür.

Əmlak riskləri – bu risk vətəndaş-sahibkarın oğurluq, diversiya, səhlənkarlıq üzündən öz

əmlakını itirməsidir.

İstehsal riskləri – bu risk müxtəlif faktorlara görə istehsalın dayandırılmasından və əsas

və dövriyyə fondlarının sıradan çıxması və ya məhv olması, həmçinin istehsala yeni texnika və

texnologiyanın gətirilməsi ilə bağlı olan zərərdir.

Ticarət riskləri ödənişlərin gecikdirilməsi,

edilməsi, məhsulun çatdırılmaması və s. kimi səbəblərdən əmələ gələn zərədir.

Maliyyə riskləri ehtimal olunan maliyyə resursları, yəni plu vəsaiti itkiləri ilə əlaqədar

məhsulun nəqli zamanı ödənişdən imtina

1.2. Maliyyə risklərinin təsnifatı

Maliyyə riski müəssisə və maliyyə institutları (banklar, maliyyə kompaniyaları, investisiya

kompaniyaları, sığorta şirkətləri, birjalar və s.) arasındakı münasibət prosesində yaranır.

Maliyyə risklərinin səbəbləri – inflyasiya faktoru, bankın uçot tariflərinin artımından, qiymətli

kağızların dəyərinin düşməsi və s. - dir.

Müəssisənin maliyyə risklərinin təsnifatı

Təsnifatın əlaməti

1. Növlərə görə

2. Obyektin xarakterinə görə

Riskin xarakteristikası

3. Tədqiq edilmiş alətin

yekununa görə

4. Tədqiq metodlarına görə

5. Baş vermə mənbələrinə görə

6. Maliyyə nəticələrinə görə

Bax şəkil 1.2.

2.1. Müxtəlif maliyyə əməliyyatlarının riski

2.2. Müxtəlif növ əməliyyatların riski

2.3. Müəssisənin ümumi maliyyə fəaliyyətinin riski

3.1. İndividual

3.2. Portfel

4.1. Sadə

4.2. Kompleks

5.1 Xarici (sistemli)

5.2. Daxili (sistemsiz)

6.1. İqtisadi zərər riski

6.2 Əldən buraxılmış mənfəət riski

6.3. Ümumilikdə iqtisadi zərər və əldən buraxılmış mənfəət

riski

7. Zamanla ifadə xarakterinə 7.1. Daimi

8. İtkinin səviyyəsinə görə

7.2. Müvəqqəti

8.1. Buraxıla bilən (icazə verilən)

8.2. Böhranlı

8.3. Faciəli

9. Qabaqcadan görmə imkanına 9.1. Proqnozlaşdırılan

10. Sığortalanma imkanına görə

9.2. Proqnozlaşdırılmayan

10.1. Sığortalanmış

10.2. Sığortalanmamış

Maliyyə riskləri iki növə ayrılır:

1. Pulun alıcılıq qabiliyyəti ilə bağlı olan risk;

2. Kapital qoyuluşu ilə bağlı olan risk (investisiya riskləri);


Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və yüksəlməsi ilə əlaqədar inflyasiya və

deflyasiya riskləri, valyuta məzənnəsinin dəyişilməsi ilə əlaqədar valyuta riskləri, qiymətli

kağızları və digər malları satan zaman mümkün itkiləti ifadə edən likvidlik riskləri birinci qrup

maliyyə risklərinə aiddirlər.

İnflyasiya pulun və uyğun olaraq qiymətlərin səviyyəsinin təmin olunması. Deflyasiya

– inflyasiya prosesinin tərsidir, o qiymətlərin düşməsində və uyğun olaraq pulun alıcılıq

qabiliyyətinin artmasında özünü göstərir.

İnflyasiya riski – inflyasiya artan zaman əldə olunan pul gəlirləri real alıcılıq qabiliyyəti

daha tez düşür, nəinki qalxır. Belə hallarda sahibkar real zərərli olur.

Deflyasiya riski – deflyasiya baş verən zaman qiymətlərin aşağı düşməsi prosesi gedir,

sahibkarlıq üçün iqtisadi şərtlər pisləşir və gəlirlər aşağı düşür.

Valyuta riskləri xarici iqtisadi, kredit və digər valyuta əməliyyatları zamanı bir xarici

valyutanın digərinə nisbətən məzənnəsinin dəyişməsi zamanı yaranan valyuta itkilərini ifadə

Likvidlik riskləri – qiymətli kağızların və ya digər məhsulların realizəsi zamanı onların

keyfiyyətinin və istehlak dəyərinin qiymətləndirilməsində yaranan itkilərdir.

Bazar iqtisadiyyatına keçid dövründə ölkəmizdə maliyyə risklərinin əsas tərkib hissəsi

sayılan investisiya riskləri daha böyük yer tutur.

İnvestisiya riskləri aşağıdakı yarımnövlərdən ibarətdir:

Mənfəəti əldən buraxmaq riski

Gəlirliliyin enməsi riski

Birbaşa maliyyə itkiləri riski

Mənfəəti əldən buraxmaq riski – bu hansısa tədbirin (Məsələn: sığortalanma, hedc

əməliyyatı, investisiya qoyuluşu və s.) həyata keçirilməməsi zamanı yaranan dolayı maliyyə

itkisidir (əldə olunmamış mənfəət).

Gəlirliliyin enməsi riski portfel investisiyaları (investorlarda olan qiymətli kağızlar

məcmusu), əmanətlər və kreditlər üzrə faiz dərəcələrinin azalması nəticəsində baş verir.

Portfel investisiya investisiya portfelinin formalaşdırılması ilə bağlıdır və qiymətli kağız

və digər aktivlərin alınmasını təşkil edir. “Portfel” termini italyan sözü olan “Porte foglio”-dan

yaranmış, investorda olan qiymətli kağızların məcmusu mənasını verir.

Gəlirliliyin enməsi riski özündə növbəti növləri birləşdirir: faiz riskləri və kredit riskləri.

Faiz riskləri

kompaniyaları tərəfindən cəlb edilən vəsaitə görə faiz dərəcələrinin verilən kreditlər üzrə

dərəcələrdən üstün olması ilə əlaqədar olaraq dəyən zərərdir. Faiz risklərinə həmçinin aksiyalara

üzrə dividentlərdə, bazarlarda istiqrazlarda, sertifikatlar və digər qiymətli kağızlar üzrə faiz

dərəcələrinin dəyişilməsi də aiddir.

Bazarın faiz stavkaları qiymətli kağızların faiz dərəcələrinin aşağı düşməsinə gətirib

çıxarır. Faizin qaldırılması ilə qiymətli kağızların daha aşağı faizlərlə kütləvi şəkildə satışa

çıxarılması baş verə bilər. Faiz riskini fiksə olunmuş səviyyə ilə müqayisədə bazar faizlərinin

qalxması zamanı ortamüddətli və uzunmüddətli fiksə olunmuş faizlərlə qiymətli kağızlara vəsait

qoymuş investor daşıyır. Başqa sözlərlə desək, investor faizlərin qalxması hesabına artıq gəlir

əldə edə bilərdi, amma öz vəsaitlərini yuxarıda göstərilmiş şərtlərlə azad edə bilməz.

Faiz riskini fiksə olunmuş səviyyə ilə müqayisədə orta bazar faizlərinin enməsi fonunda

orta və uzunmüddətli qiymətli kağızlar buraxmış emitent daşıyır. Başqa sözlə desək, emitent

bazardakı vəsaitləri daha aşağı faizlərlə cəlb edə bilərdi, amma o artıq buraxdığı qiymətli

kağızlardan asılıdır.

Riskin bu növü inflyasiya şərtləri ilə faiz stavkalarının sürətlə qalxması zamanı

qısamüddətli qiymətli kağızlar üçün də əhəmiyyət daşıyır.

kommersiya bankları, kredit təşkilatları, investisiya institutları, selinq

Kredit riski – borcalanın kreditora verməli olduğu borcun və faizin ödənilməməsi

təhlükəsi. Kredit risklərinə həmçinin emitentin uzunmüddətli buraxdığı qiymətli kağızların

faizlərini və ya bütün məbləği ödəyə bilməməsi də daxildir.

Kredit riski həmçinin birbaşa maliyyə risklərinin növlərindən biri ola bilər.

Birbaşa maliyyə itkiləri riski özündə növbəti növləri birləşdirir:


Birja riski


Selektiv risk


Müflis olma riski


Kredit riski

Birja riskləri birja əməliyyatları zamanı yaranan risklərdir. Bu risklərə aiddir: kommersiya

sazişlərinə görə ödənişin edilməməsi, broker firmasının komisyon haqqının ödənilməməsi riski

Selektiv risklər (latın sözü olan “selectio” – seçim) – investisiya portfelinin yaradılması

digər növ qiymətli kağızlarla müqayisədə qiymətli kağızlar formasında kapitalın

qoyulması üsulunun düzgün seçilməməsi riskidir.

Müflisləşmə riski kapital qoyuluşu üsulunun düzgün seçilməməsi riskidir, nəticədə

sahibkarın bütün kapitalının itirilməsi və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə

bilməməsidir. Nəticədə sahibkar müflis elan olunur.

Maliyyə riski özündə zaman funksiyasını birləşdirir. Qaydaya uyğun olaraq, verilmiş

maliyyə aktivinə və ya kapitalın qoyuluşu variantına görə risk səviyyəsi zamana görə artır.

Məsələn, importorun zərəri indiki zamanda onun müqaviləni imzalaması və ödənişin edilməsi

arasındakı zamandan asılıdır, və bu zaman kəsiyində xarici valyutaların məzənnəsi Azərbaycan

manatının məzənnəsi ilə müqayisədə dəyişir.

Kapital qoyuluşu riskinin həcminin müəyyən edilməsi metodunda xarici təcrübəyə görə

ehtimallar ağacından istifadə etmək lazımdır.

Bu metod gələcək zaman müddətində investisiya layihələrinin gələcək pul axınlarının

dəqiq müəyyən edilməsinə imkan verir. Əgər birinci zaman periodunda kapital qoyuluşu

layihəsi münasibdirsə, onda o növbəti zaman periodunda da münasib ola bilər.

Əgər pul axınının müxtəlif zaman periodunda bir-birində asılı olmadığı güman edilirsə,

onda hər zaman perioduna görə pul axınlarının ehtimal olunan paylaşdırma nəticələrinin

müəyyən edilməsi gərəkdir.

Əgər pul axını ilə müxtəlif zaman periodları arasında hansısa əlaqə mövcuddursa, onda

əsas əlaqəni qəbul etmək və onun əsasında gələcək hadisələrin necə baş verəcəyini təsəvvür

etmək lazımdır.


Risklərin idarə olunma sisteminin strukturu

Risk – bir maliyyə kateqoriyasıdır. Ona görə də riskin dərəcəsi və ölçüsünə maliyyə

mexanizmləri vasitəsi ilə təsir etmək olar. Belə təsir zamanı maliyyə menecmenti və xüsusi

strategiyadan istifadə olunur. Strategiya və üsulların məcmusu risklərin idarə olunmasının

xüsusi mexanizmini təşkil edir, yəni risk-menecment. Beləliklə risk- menecment özündə

maliyyə menecmentinin bir hissəsini özündə birləşdirir.

Risk-menecmentin əsasında riskin səviyyəsinin aşağı salınması üzrə həyata keçirilən

məqsədyönlü axtarış və işlərin təşkil olunması, gəlir əldə edilməsi və onun artırılması kimi

vəzifələr durur.

Risk-menecmentin son məqsədi sahibkarlığın məqsədi ilə üst-üstə düşür. O risklərin

maksimum azaldılması və gəlir əldə edilməsi ilə bağlıdır.

Risk-menecment özündə sahibkarlıq fəaliyyəti nəticəsində yaranan riskin maliyyə

münasibətləri ilə idarə edilməsi sistemini birləşdirir.

Risk-menecment özündə idarəetmənin strategiya və taktikasını birləşdirir.

Strategiya dedikdə qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması

istiqamətləri və üsulları başa düşülür. Bu üsula uyğun olaraq müəyyən olunmuş qaydalar və

qərar qəbuluna olan məhdudiyyətlər aiddir. Strategiya digər variantların seçilib atılmasına və

həll qaydalarına fikri toplamağa kömək edir. Qoyulmuş məqsədə çatdıqdan sonra strategiya bir

istiqamət və üsul kimi özünün fəaliyyətini dayandırır. Yeni məqsədlər yeni strategiya tələb edir.

Taktika – konkret şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün konkret metod və üsullardır.

Taktikanın vəzifəsi hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və

üsullarının seçilməsidir.

Risk-menecment bir sistem kimi iki yarımsistemdən ibarətdir: idarə olunan yarım sistem

(idarəetmənin obyekti) və idarə edən yarımsistem (idarəetmənin subyekti). Bunu sxematik

olaraq aşağıdakı kimi təsəvvür etmək olar.

Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyekti risk, kapitalın riskli

qoyuluşu və sahibkarlıq subyektləri arasında olan iqtisadi əlaqə hesab olunur. Belə iqtisadi

əlaqələrə sığorta edənlə sığorta olunan, borc alanla kreditor, sahibkarlar arasında olan əlaqələr

və s. aiddir.

Risk-menecmentdə idarəetmənin subyekti – bu idarəetmə müxtəlif təsir üsul və yolları

vasitəsilə idarəetmənin obyektinin məqsədyönlü fəaliyyətini həyata keçirən

(maliyyə meneceri, sığorta üzrə mütəxəssis, akvizitor, aktuari və s.) ibarət xüsusi bir qrupdur.

İdarəetmə subyektinin idarəetmə obyektinə təsiri, yəni idarəetmə prosesi özü, ancaq

idarəedənlə idarəolunan yarımsistemlər arasında müəyyən olunmuş informasiyanın mübadiləsi

zamanı həyata keçirilə bilər. İdarəetmə prosesi onun konkret məzmunundan asılı olmayaraq

həmişə informasiyanın qəbulunu, ötürülməsini, işlənməsini və istifadəsini tələb edir. Risk-

menecmentə hazırkı vəziyyətdə etibarlı və kifayət qədər informasiyanın qəbulu böyük rol

oynayır, belə ki o risk şəraitində konkret qərar qəbul etməyə imkan verir.

Risk-menecmentin fəaliyyətində informasiya təminatı informasiyanın müxtəlif növ və

hallardan ibarətdir: statistik, iqtisadi, kommersiya, maliyyə və s.

Belə informasiyalar baş verə biləcək hər hansı sığorta hadisəsi, məhsula olan tələb və

onun həcmi, maliyyə dayanıqlığı və müştərilərin, partnyorların, rəqiblərin ödəmə qabiliyyəti,

qiymətlər, məzənnə və tariflər, həmçinin sığorta şərtləri, dividend və faizlər və s. barədə xəbər

İnformasiyaya sahib olan bazara sahibdir. Bəzi növ informasiyalar bəzən kommersiya sirri

sayılır. Ona görə də müxtəlif növ informasiyalar intellektual mülkiyyətin (know-how) bir növü

hesab oluna və nizamnamə kapitalına əmanət kimi qoyula bilər.

Kifayət qədər yüksək ixtisaslaşmış menecer, həmişə bütün informasiyanı, ən pis

informasiyanı və ya hansısa açar informasiyanı əldə etməyə və ya ümumiyyətlə verilmiş mövzu

barədə danışmaqdan (susmaq da bir ünsiyyət formasıdır) və informasiyanı öz mənfəəti üçün

istifadə etməyə çalışır. İnformasiya zərrə-zərrə yığılır.

Lazım olan informasiyanın menecerdə olması ona maliyyə və kommersiya qərarlarının tez

qəbul olunmasına kömək edir, verilmiş qərarların düzgünlüyünə, itkilərin aşağı salınmasına və

mənfəətin artırılmasına təsir edir. Sazişlərin bağlanması zamanı lazımı informasiyanın istifadəsi

baş verə biləcək maliyyə itkilərinin minimuma endirilməsinə gətirib çıxarır.

İstənilən qərar informasiyadan asılıdır. İnformasiyanın keyfiyyəti vacib əhəmiyyət

daşıyır. İnformasiya nə qədər çox yayılmışdırsa, qərar qəbul etmək də bir o qədər çətindir.

İnformasiyanın keyfiyyəti ötürülməsi zamanı deyil, onun qəbulu zamanı qiymətləndirilməlidir.

İnformasiya tez köhnəlir, ona görə də onu operativ olaraq istifadə etmək lazımdır.

Sahibkar subyekt yalnız informasiyanı toplamağı deyil, həmçinin onu saxlamağı və lazım

olan zaman ondan istifadə etməyi də bacarmalıdır.

Risk-menecment bir iqtisadi kateqoriya kimi özündə idarəetmədə yaranan risklərin və

maliyyə əlaqələrinin idarə olunmasının əks etdirir.

İdarəetmə sistemi kimi risk-menecment özündə risklərin və riskli kapital qoyuluşunun

məqsədinin, baş verə biləcək hadisənin ehtimalının müəyyənləşdirilməsi, riskin dərəcəsinin

və səviyyəsinin aydınlaşdırılması, ətraf mühitin təhlili, riskin idarə olunması strategiyasının

seçilməsi, riskin və onun azaldılması strategiyası üçün lazım olanların seçilməsi, risklərin

məqsədyönlü idarə edilməsini birləşdirir. Qeyd edilən proseslər nəticədə risk-menecmentin

təşkilinin mərhələləridir.

Risk-menecmentin təşkilinin birinci mərhələsi riskin və riskli kapital qoyuluşunun

məqsədinin müəyyənləşdirilməsidir. Riskin məqsədi – əldə edilməsi gərəkən nəticədir. Bu

qalibiyyət, mənfəət, gəlir və s. ola bilər. Riskli kapital qoyuluşunun məqsədi – maksimum

gəlirin əldə edilməsidir.

Risklə bağlı olan istənilən fəaliyyət həmişə məqsədyönlüdür, belə ki risklə bağlı olan

fəaliyyətin məqsədinin olmaması həlli mənasız edir. Riskin və riskli kapital qoyuluşunun

məqsədi risk və kapitalla dəqiq, konkretləşdirilmiş və qarşılaşdırıla bilən olmalıdır.

Risk-menecmentin təşkilində ikinci vacib moment ətraf mühit haqqında məlumatın

olmasıdır, hansı ki hər hansı qərarın qəbul edilməsi üçün vacibdir. Belə məlumatın təhlili və

riskin məqsədinin hesablanması əsasında hadisənin baş verməsi ehtimalını, həmçinin riskin

dərəcə və səviyyəsini düzgün müəyyən etmək olar. Riskin idarə olunması insanların əmlakını,

maliyyə vəsaitlərini təhlükə altına qoyan riskin dərəcəsinin düzgün başa düşülməsi deməkdir.

Sahibkar üçün onun fəaliyyətini təhlükə altında qoyan riskin dərəcəsini bilmək vacibdir.

Riskin dərəcəsinə görə sahibkarın faktiki itkilərini aydınlaşdırmaq lazımdır, bu itkilərin

və onun nəticələrinin səviyyəsinin azaldılması xərcləri yoxsa əvəz edilməsi xərcləri. Riskin

dərəcəsinin

itkilərin qarşısını almağa və ya azaltmağa, qarşısının alınması mümkün olmadıqda isə onu

əvəzləməyə imkan verir.

Ətraf mühit barədə məlumatın əsasında riskli kapital qoyuluşunun müxtəlif variantları

işlənib hazırlanır və gözlənilən gəlir və riskin səviyyəsi ilə tutuşdurulması üsulu ilə

qiymətləndirilir.

Bu strategiyanın və risklin idarə edilməsinin üsullarının düzgün seçilməsinə, həmçinin riskin

dərəcəsinin azaldılmasına imkan verir.

Risk-menecmentin təşkilinin bu mərhələsində əsas vəzifə maliyyə menecerinə, onun

psixoloji keyfiyyətlərinə aiddir. Bu barədə növbəti fəsildə daha ətraflı danışacağıq.

Riskin azaldılması proqramının hazırlanması zamanı riskli qərarların psixoloji qavrayışı da

nəzərə almaq lazımdır. Riskli şəraitdə qərar qəbul etmək psixoloji prosesdir. Ona görə də riskli

maliyyə meneceri tərəfindən düzgün qiymətləndirilməsi ona baş verə biləcək

şəraitdə qərar qəbulu zamanı insanın riyazi inandırıcılığı ilə yanaşı psixoloji xüsusiyyətləri də

nəzərə alınmalıdır: aqressivlik, qərarsızlıq, şübhə, qətiyyət, ekstroversiya, introversiya və s.

Eyni riskli vəziyyət müxtəlif insanlar tərəfindən müxtəlif cür qəbul edilir. Ona görə də riskin

qiymətləndirilməsi və maliyyə qərarının seçilməsi adətən qərar qəbul edən insandan asılıdır.

Riskdən adətən innovasiyaya meylli olmayan, özlərinin intuisiya və professionallığından əmin

olmayan, icraçıların professionallığından əmin olmayan konservativ rəhbərlər yan keçirlər.

Ekstroversiya - ətraf insanlara, hadisələrə yanaşmaq tərzidir. Bu özünü yüksək səviyyəli

ünsiyyətdə göstərir.

Introversiya – şəxsi duyğu, təəssürat, his və fikirlərə daxili aləmdə yanaşmadır. İntroversiv

şəxsiyyətdə ətraf mühitlə əlaqədə bir neçə sabit rəftar və münasibət vardır., daxili normalara

dəstək, dalğınlıq. İntroversiv insanların mühakiməsi xarici faktorların təsirindən asılı deyildir.

Risk-menecmentin təşkilinin əvəzolunmaz mərhələsi verilmiş fəaliyyət proqramının

yerinə yetirilməsi üçün təşkil olunan tədbirlər, yəni bu tədbirlərin görülməsi üçün lazım olan

maliyyə vəsaitinin həcminin və mənbəyinin, konkret icraçıların, icra müddətinin və s. müəyyən

olunmasıdır.

Risk-menecmentin təşkilinin vacib elementlərindən biri verilmiş proqramın icrasının kontrol

edilməsi, seçilmiş risk qərarının icrasının nəticələrinin təhlili və qiymətləndirilməsidir.

Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində riskin idarə olunması orqanının müəyyən

olunmasını tələb edir. Riskin idarə olunması orqanı maliyyə meneceri, risk üzrə menecer və ya

idarəetmənin müvafiq aparatı ola bilər: sığorta əməliyyatları şöbəsi, vençur (riskli) investisiya

şöbəsi, riskli kapital qoyuluşu şöbəsi və s.

Riskli kapital qoyuluşu şöbəsi sahibkar subyektin nizamnaməsinə müvafiq olaraq aşağıdakı

funksiyaları həyata keçirə bilər:

• Vençur və portfel investisiyaların keçirilməsi, yəni fəaliyyət göstərən

qanunvericilik və sahibkar subyektin nizamnaməsinə müvafiq olaraq riskli

kapital qoyuluşu.

Riskli investisiya fəaliyyəti proqramının işlənib hazırlanması.



ətraf mühit haqqında məlumatın yığımı, təhlili, saxlanması və emalı.

• Riskin dərəcəsinin və səviyyəsinin, idarə edilməsi strategiyasının və üsullarının

müəyyənləşdirilməsi.

• Riskin qərarlarının proqramının işlənməsi və onun yerinə yetirilməsinin təşkili,

nəticələrin təhlili və kontrolu.

• Sığorta fəaliyyətinin həyata keçirilməsi, sığortalanma və yenidən sığortalanma

müqavilələrinin imzalanması, sığorta və yenidən sığorta əməliyyatlarının

keçirilməsi, sığorta xərclərinin müəyyən edilməsi.

• Sığorta və yenidən sığortanın şərtlərinin işlənməsi, sığorta əməliyyatlarının

tariflərinin həcmini müəyyən etmək.

• Riskli kapital qoyuluşunun müvafiq mühasibat, statistik və operativ hesabatının

aparılması.


1 comment:

  1. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    ReplyDelete