Saturday, June 13, 2015

Depozitlərin hesablanması üsulu



Depozit faizləri əsasən iki üsulla hesablanır : sadə faiz hesablanması və ya mürəkkəb faizlər düsturu ilə. İkinci halda faizlərin kapitallaşması baş verir. Bu o deməkdir, müqavilə şərtlərinə əsasən ayın və ya rübün sonuna hesablanmış faizlər əsas məbləğə əlavə olunur və sizin depozitin məbləği artır, növbəti dövrdə isə faizlər həmin artmış məbləğ hesablanır.

Gəlin daha ətraflı şəkildə nəzərdən keçirək.

Sadə faizlərin hesablanması
Məsələn siz illik 10%-lə 1 illik depozit yerləşdirmisiniz. Depozitinizin miqdarı 5000 min manatdır. Siz ilin sonunda alacağınız məbləğ:

M= X+ (X*f)

M –yekun məbləğ

X – İlkin məbləğ

f– illik faiz dərəcəsi/100

M = 5000 + (5000*10/100)=5500

2. Sizin müqavilədən asılı olaraq, siz faizləri rüblük də ala bilərsiniz.

F = (5000*10/100)) *90/360 =125

(360 il ərzində günlərin sayı, 90 isə bir rüb ərzində günlərin sayını göstərir)

Belə olduqda sizin birinci rübün sonunda aldığınız məbləğ 125 manat təşkil edəcək. Əsas məbləğ isə olduğu kimi depozitdə qalacaq.

3. Əgər müqaviləyə əsasən siz ayın sonunda öz faizlərinizi götürmək istəsəniz, onda da eyni qayda tətbiq edilir.

F = (5000*10/100) * 30/360 = 41,6

(360 il ərzində günlərin sayı, 30 isə bir ay ərzindəki günlərin sayını göstərir)

Amma nəzərə alın ki, banklarda faizləri müddətin sonunda deyil, rüblük və aylıq götürəndə məhsul üzrə nisbətən aşağı faizlər təklif edilir. Məsələn əgər müddətin sonda götürdükdə depozit faizi 10 olarsa, aylıq götürdükdə illik 6 % , rüblük götürdükdə isə illik 8% hesablana bilər.

Bütün bunlar barədə bank işçiləri sizə öncədən məlumat verir

İndi isə depozitlərin kapitallaşmasını nəzərdən keçirək.

Müərrək faizlər düsturu

M = X * (1 + f*d/y)n

M – yekun məbləğ

x – ilkin məbləğ (məsələn 5000)

f- illik faiz dərəcəsi/100 . məsələn 10/100= 0,1

d –kapitallaşan günlərin sayı (rüblük olarsa 90,aylıq olarsa 30)

y – il ərzində günlərin sayı ( təqvim ili 360 və ya 365)

n – dövrlərin sayı (rüblük olarsa 4, aylıq olarsa 12)

Mürəkkəb faizli depozitlərdə mütləq hesablanmış faizlərin depozitlərə əlavə olunması bir neçə dövr şəklində həyat keçilir, bu da aylıq, rüblük və illik ola bilər (əgər depozit bir neçə ilə nəzərdə tutulubsa). Faizlərin əsas məbləğə əlavə olunması faizlərin kapitallaşması kimi də adlandırılır.

Beləliklə depozit üzrə faizlər eyni olsa da sonda gəlirləriniz daha çox olur.

1. Məsələn müştəri banka 5000 manatı 1 illik müddətinə depozit kimi yerləşdirir, yenə də 10%-lə. Lakin bu dəfə faizlər hər rübün sonunda əsas məbləğə əlavə olur (deməli əlavə üç dəfə olacaq, çünki dördüncü rübün sonunda siz məbləği götürürsünüz)

M= 5000* (1 +0,1*90/360)4=5000 * (1 +0,125)4= 5000 *1,10381=5519,06



Müqavilədən asılı olaraq kapitallaşma dövrlərinin sayı daha da çox ola bilər. Aşağıdakı nümunədə isə eyni şərtlərlə təqdim olunan depozitin hər ay ərzində kapitallşamasını nəzərdən keçirəcəyik. ( 1 ayda 30 gün olduğunu nəzərə alın).

M= 5000* (1 +0,1*30/360)12=5000 * (1 +0,008)12= 5000 *1,10471=5523,56



Faizlərin hər ay kapitallaşması halında gəlirləriniz daha çox olur və bu üsul getdikcə daha çox tətbiq edilir.

Monday, May 11, 2015

Əmək haqqı və mükafatlandırma sistemi, korporativ və etik dəyərlər

Əmək haqqı və mükafatlandırma sistemləri (bankların timsalında) bankın mənafeyinə zidd olan və ya əsaslandırılmamış uzunmüddətli risklərin bank tərəfindən üzərinə götürülmasi hesabina, qısamüddatli perspektivdə gəlir əldə edilməsini istisna etməlidir. Hər bir bankda qısamüddatli fəaliyyət nəticələrinə əsaslanmayan və korporativ məqsadlara nail olunmasına yönəldilmiş əməkhaqqı və mükafatlandırma sistemləri mövcud olmalıdır.
Hər bir bank öz işçilərinin davranış qaydalarını "Etik davranış məcəlləsi" ilə müəyyən edir.
Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, kənardan alınan hədiyyə və qonararlar, onun özünün şəxsi ictimai və eyni zamanda siyası fəaliyyəti daxildir.
Etik dəyərlərə işçinin şəxsi maliyyə işlərinin aparılması qaydası və investisiyaları, digər təşkilatlarda işləməsi və rəhbər vəzifələr tutması, bankın əmlakına münasibət və digər məsələlər daxildir.
Hüquqi dəyərlərə isə hesabatlığın aparılması, məxfi və xidməti istifadə üçün məlumatların qorunması, qanunvericiliyə münasibət və s. daxildir.